Başına şüşə düşən əfsanə özünü belə qorudu – VİDEO
Dünya reytinqinin lideri Novak Cokovic Romadakı Masters yarışında başına şüşə dəyməsi ilə bağlı hadisədən sonra yumoristik addım atıb.
Aut.az xəbər verir ki, serbiyalı raketka ustası velosiped ondan avtoqraf almaq istəyən azarkeşlərinin önünə dəbilqəsi taxaraq çıxıb. O, videonu sosial şəbəkə hesabında “Bu gün hazırlaşdım” sözlərini yazaraq paylaşıb.
Qeyd edək ki, Korentin Mutetlə matçdan sonra ondan imza almağa çalışan azarkeşin bel çantasındakı şüşə təsadüfən serbiyalının başına düşüb.
Today I came prepared. #IBI24 pic.twitter.com/b4tRYhZ8d7
— Novak Djokovic (@DjokerNole) May 11, 2024
