Almaniya

“Bavariya” ÇL-i qazanan məşqçini geri qaytarır

“Bavariya” Hans-Diter Fliki baş məşqçisi postuna qaytarmağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində insayder Nikolo Skira məlumat verib.

Mənbənin sözlərinə görə, Münhen klubu artıq almaniyalı mütəxəssisə müddəti 2026-cı ilə qədər olan müqavilə təklif edib.

Xatırladaq ki, 59 yaşlı mütəxəssis 2019-2021-ci illərdə “Bavariya”nın baş məşqçisi vəzifəsində çalışıb. Bu müddətdə Almaniya nəhəngi Çempionlar Liqası, UEFA Superkuboku, Almaniya kuboku və Almaniya çempionatının (2 dəfə) qalibi olub.

Flikin son iş yeri 2021-2023-cü illərdə çalışdırdığı Almaniya millisi olub.

Qeyd edək ki, “Bavariya”nın hazırkı baş məşqçisi Tomas Tuxel mövsümün sonunda Münhen klubunu tərk edəcək.

Aut.az