UFC-nin əsas döyüşü texniki nokautla bitdi
Mayın 12-nə keçən gecə Sent-Luisdə UFC on ESPN 56 turniri baş tutub.
Aut.az xəbər verir ki, tədbirin əsas hadisəsi amerikalı Derrik Lyuislə braziliyalı Rodriqo Nasimento arasında döyüş olub.
Döyüş üçüncü raundda Lyuisin texniki nokautla qalib gəlməsi ilə başa çatıb.
Lyuisin karyerasında 28 qələbə və 12 məğlubiyyət var. Nasimento 12 döyüşdə 2-ci dəfə məğlub olub.
Aut.az
