İspaniya

Agentindən “Levandovski gedir” xəbərinə reaksiya: Yüz faiz…

“Barselona”nın 35 yaşlı mərkəz hücumçusu Robert Levandovskinin maraqlarını təmsil edən agent Pini Zahavi, müştərisinin cari mövsümün sonunda Kataloniya klubunu tərk edə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Zahavidən sitat gətirib.

“Bu cəfəngiyatdır, yalan xəbərdir. Levandovski yüz faiz “Barsa”da qalacaq”, – Zahavi bildirib.

35 yaşlı Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm Robert bütün turnirlərdə 45 matçda iştirak edib, 24 qol və 9 məhsuldar ötürmə edib.

Aut.az