41 yaşlı əfsanə ilk yaşadı və tarixə düşdü
“Porto”nun müdafiəçisi Tyaqo Silva Avropa Liqasında debüt edib.
Aut.az xəbər verir ki, Tyaqo Silva Portuqaliya klubuun heyətində “Ştuttqart”a qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan matçda iştirak edib. 41 yaşlı futbolçu üçün bu qarşılaşma karyerasında Avropanın nüfuzuna görə ikinci klub turnirində ilk oyun olub.
Silva daha əvvəl yalnız UEFA Çempionlar Liqası turnirində “Milan”, PSJ və “Çelsi” klublarının heyətində çıxış etmişdi.
Bununla da Silva (41 yaş 171 gün) Avropa Liqasında debüt edən ən yaşlı meydan oyunçusu kimi tarixə düşüb.
Aut.az
