Dünya futbolu

Qovuldu

“Marsel”in baş məşqçisi Marselino Qarsiya Toralı istefaya göndərib. 

Aut.Az xəbər verir ki, bu barədə “Lequipe” məlumat yayıb.

Fransa nəşri iddia edir ki, Marselinoyla müqaviləyə artıq xitam verilib. Köməkçiləri də onunla birlikdə işlərini başa vuracaqlar.

Qeyd edək ki, Marselino yayda Fransa təmsilçisinin “sükanı arxası”na keçib. Komanda onun rəhbərliyi altında çempionatda 5 turdan sonra 9 xal toplayıb. Eyni zamanda, komanda təsnifat mərhələsində “Panatinaikos”a məğlub olaraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib.