Sabiq futbolçu ağır xəstəliyindən danışdı: Şans var
Moskvanın ÇSKA klubunun və Rusiya millisinin sabiq futbolçusu Yevgeni Aldonin ağır xəstəlikdən əziyyət çəkdiyi haqda məlumat vermişdik.
45 yaşlı keçmiş futbolçunun mədə xərçəngi olduğu məlum olub. O, Almaniyada əməliyyat olunub.
Aut.az xəbər verir ki, Match TV-nin şərhçisi Dmitri Şnyakin Aldoninlə danışıb və onun sözlərini çatdırıb:
“Aldoninlə əlaqə saxladım. Jenya Almaniyadadır, yüksək əhval-ruhiyyədədir və əla mütəxəssislərin nəzarəti altındadır. Mən onun sözlərini çatdıracağam: “İsti münasibətinizə və dəstəyinizə görə hamınıza təşəkkür edirəm. Ümid edirəm ki, xəstəliyə qalib gələ biləcəyəm. Şans var”.
Aut.az
