“Real”la anlaşdı – 2030-cu ilin yayına qədər
“Liverpul” və Fransa millisinin müdafiəçisi İbrahima Konate “Real Madrid” ilə müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, “RMC Sport”un məlumatına görə, 27 yaşlı futbolçunun müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Konate, 7 iyun bazar günü yenidən seçilən klub prezidenti Florentino Peresin seçki kampaniyası zamanı vəd edilən transferlərdən biri idi. Müdafiəçi, müqaviləsi 30 iyun 2026-cı ildə bitdikdən sonra “Liverpul”dan azad agent kimi ayrılacaq.
Konate hazırda Fransa milli komandasındadır və 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kubokuna hazırlıqları davam etdirir.
Aut.az
