“Arsenal” – “Liverpul” oyununda stadionda görün kim olub – FOTO
“Arsenal”ın və Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavin İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində sabiq klubunun “Liverpul”la oyununu stadiondan izləyib.
Aut.az xəbər verir ki, Arşavin “Emirates Stadium”da çəkilən fotonu sosial şəbəkə hesabında paylaşıb.
Andrey Arşavin 2009-2013-cü illərdə Londonun “Arsenal” klubunda çıxış edib. Rusiyalı futbolçu “topçular”ın heyətində 144 oyun keçirib, 31 qol vurub, 45 məhsuldar ötürmə edib.

