“Siti”nin sabiq kapitanı məhkəmə qarşısında: Arvadını döyüb
“Mançester Siti”nin 42 yaşlı sabiq yarımmüdafiəçisi Cou Barton həyat yoldaşını döyməkdə təqsirli bilinib.
Aut.az xəbər verir ki, sabiq futbolçu məhkəmə qarşısına çıxarılıb.
“Manchester Evening News”un məlumatına görə, hadisə 2021-ci ilin iyununda baş verib.
İş materiallarından məlum olur ki, Barton arvadı ilə spirtli içki qəbul edib, bundan sonra ər-arvad arasında mübahisə düşüb.
Nəticədə Barton arvadının üzünə bir neçə zərbə endirib. Ona qançır və burnunun sınığı diaqnozu qoyulub.
Məhkəmədə keçmiş futbolçu həyat yoldaşının xəsarətlərində iştirakını inkar etdi, lakin onların haradan yarandığını izah edə bilməyib.
Məhkəmə Bartonun cinayətdə iştirakını tanıyıb və o, indi daha bir neçə məhkəmə iclasından sonra hökmün çıxarılmasını gözləyir.
Cou Barton 2002-2007-ci illərdə “Mançester Siti”də çıxış edib, komandanın heyətində 150 oyun keçirib və 15 qol vurub.

Aut.az
