“Uembli”də beynəlxalq matçda qol vuran ən gənc oyunçu
İngiltərə öz meydanında Braziliyaya yoldaşlıq görüşündə məğlub olub.
Aut.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən görüş 1:0 hesabı ilə Braziliya yığmasının xeyrinə başa çatıb. Yeganə qolu 2024-cü ilin yayından “Real”da çıxış edəcək hücumçu Endrik vurub.
“Opta” xəbər verir ki, 17 yaş 246 gündə Endrik “Uembli”də beynəlxalq matçda qol vuran ən gənc oyunçu olub.
Aut.az
