Dünya futbolu

Məşhur məşqçi İranın ən titullu klubu ilə anlaşdı

Məşhur italyan məşqçi Valter Vatsarri karyerasını İranda davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Canluka Di Martsio məlumat verib.

Onun məlumatına görə, Matsarri yerli “Persepolis”lə müqavilə imzalayacaq. Bu, İranın 16 dəfə ölkə çempionu olan, həm də hazırkı çempionu olan ən titullu klubudur.

O, “Persepolis”in baş məşqçisi postunda braziliyalı mütəxəssis Omar Lossanı əvəz edəcək.

Xatırladaq ki, bu mövsüm 62 yaşlı Matsarri noyabrdan fevral ayına kimi “Napoli”də çalışıb.

Aut.az