Dünya futbolu

Portuqalla anlaşdılar, qarşısına tapşırıq qoyuldu ki…

Birləşmiş Ərəb Əmirliklərinin yığmasına portuqaliyalı mütəxəssis Paulo Bento rəhbərlik edəcək.

Aut.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Futbol Assosiasiyası məlumat yayıb.

54 yaşlı Bento ilə müqavilə 2026-cı ilə qədərdir. Mütəxəssisin qarşısına dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulub.

“Milli komanda mühüm yarışlara hazırlaşır, onlardan ən vacibi 2026-cı il dünya çempionatının seçmə mərhələsi olacaq. Gələn yanvarda Qətərdə keçiriləcək Asiya Kubokunun final mərhələsində yaxşı çıxış etmək də vacibdir və biz həqiqətən də bu turnirlərdə öz ambisiyalarımızı reallaşdıracağımıza ümid edirik.

BƏƏ millisinin son iki Asiya Kubokunda yarımfinala çıxması iddiaları böyüdüb. Dünya çempionatının seçmə oyunlarına gəlincə, təbii ki, məqsədimiz final mərhələsinə vəsiqə qazanmaqdır”, – qurumun mətbuat xidməti Assosiasiyanın baş katibi Məhəmməd Abdullah Hazam Əl Dhaherinin sözlərini sitat gətirib.