Türkiyə

Türkiyə klubunda iki yeni futbolçu

“Samsunspor” heyətinə iki yeni futbolçu cəlb edib.

Aut.az xəbər verir ki, Super Liqa təmsilçisi çadlı hücumçu Marius Muandilmadji və ingilis müdafiəçi Mark Bolanı transfer edib.

Muandilmadji 3, Bola 2+1 illik müqaviləyə imza atıb.

Marius Belçikanın “Seren” klubundan transfer edilib. 25 yaşlı forvard 2021-ci ildən oynadığı bu komandada 62 oyuna 14 qol vurub.

Bola isə İngiltərənin “Midlsbro” klubundan transfer olunub. 25 yaşlı ingilis futbolçu 2020-ci ildən formasını geyindiyi bu komandada 103 oyuna 3 qol vurub.