Türkiyə

“Beşiktaş” MY-nin futbolçusundan əl çəkmir

“Beşiktaş” “Mançester Yunayted”in qapıçısı Altay Bayındır ilə maraqlanmağa davam edir.

Aut.az xəbər verirk i, İstanbul klubu qış transfer pəncərəsində bu keçidi reallaşdıra bilməsə də, futbolçunu transfer etmək niyyətindən əl çəkməyib.

“Fotomaç” nəşrinin məlumatına görə, Super Liqa təmsilçisi 27 yaşlı qolkiperin nümayəndələri ilə əlaqəni davam etdirir və onu yayda heyətinə qatmaq istəyir. “Beşiktaş” Bayındırı yeni mövsüm öncəsi qapı xəttini gücləndirmək üçün vacib transfer hesab edir.

Bayındır 2023-cü ilin yayında “Fənərbağça”dan “Mançester Yunayted”ə keçdikdən sonra əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkib. O, bu müddətdə cəmi 17 oyunda iştirak edib və 3 matçda qapısını toxunulmaz saxlayıb.

Müqaviləsinin bitməsinə hələr bil qalan və “qırmızı şeytanlar”da məhdud oyun şansı qazanan qapıçının daha çox oynamaq imkanı əldə etmək üçün transferə açıq olduğu bildirilir.

Aut.az