Türkiyə

Avropa nəhənglərinin 18 yaşlı türk uğrunda “müharibə”si

“Fənərbağça”nın gənc ulduzu Arda Gülər Avropa klublarının maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”, “Nyukasl”, “Arsenal”, “Barselona”, PSJ, “Borussiya Dortmund” və “Ayaks” 18 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa çalışır. Bəzi klubların İstanbul təmsilçisi və Arda ilə təmasa keçdiyi bildirilir.

“Fənərbağça”nın prezidenti Ali Koç Ardanı 1 il sonra satmağı planlaşdırır. Buna səbəb futbolçunun hazıkı sərbəstqalma məbləğinin 17.5 milyon avro olmasıdır. Müqaviləyə görə, bir il sonra bu rəqəm 25 milyon avroya qədər yüksələcək. Klub rəhbəri indiki halda onun satışından 30 milyon avro qazanmağı hədəfləyir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü ötən mövsüm “Fənərbağça”nın heyətində bütün turnirlərdə 35 oyun keçirib. 6 qol və eyni sayda məhsuldar ötürmə edən 18 yaşlı futbolçu Türkiyə kubokunun da qalibi olub.