Fərid Qayıbov bu şəhərə yeni rəis təyin etdi
Gənclər və İdman naziri Fərid Qayıbov Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinə yeni rəis təyin edib.
Aut.az xəbər verir ki, bundan sonra sözügedən vəzifəni İntiqam Hüseynov icra edəcək.
Qeyd edək ki, İ. Hüseynov bu təyinata qədər Gəncə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb.

