Həbib bu işin də daşını atdı
Sabiq UFC çempion Həbib Nurməhəmmədov məşqçilikdən ayrılıb.
Aut.az xəbər verir ki, bu barədə TASS Rusiya komandasına istinadən xəbər verir.
“O, məşqçilik və idman karyerasını başa vurdu, heç nə bunu dəyişə bilməz”, – məlumatda bildirilir.
Agentliyin mənbəsi əlavə edib ki, Nurməhəmmədova müntəzəm olaraq həm məşqçi kimi işləmək, həm də idmana qayıtmaq təklifləri gəlir.
Daha əvvəl xəbər verilmişdi ki, Nurməhəmmədov amerikalı sahibkar İlon Maska “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqlə döyüşmək üçün məşq keçməkdən imtina edib.
Aut.az
