Digər

“Giro d’Italia”da koronavirus şoku

Nüfuzlu “Giro d’Italia” yürüşündə gözlənilməz qərar verilib.

Aut.az xəbər verir ki, yarışın təşkil edildiyi məkanlarda maska ​istifadəsi məcbur edilib. Yarış təşkilatçıları bunu yeni koronavirus infeksiyasının aşkarlanması ilə əlaqələndiriblər.

Bildirilir ki, bu qayda volosipedçilərlə mümkün təmas yerlərinə aiddir. İdmançıların olduğu bütün zonalarda bu tələb olacaq. Bu qərar komanda üzvlərinə, media nümayəndələrinə, mükafatlandırma mərasimlərinin iştirakçılarına, antidopinq nəzarətində çalışan şəxslərə, hətta idmançıların özlərinə də aiddir.

Qeyd edək ki, artıq idmançılardan Remko Evenepulun koronavirus testi müsbət çıxıb.