İspaniya

Daha bir ulduz getdi

“Real Sosyedad”ın yarımmüdafiəçisi David Silva peşəkar futboldan ayrılıb.

Aut.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə öz “Tvitter” hesabında məlumat verib.

Silva bu qərarı mövsümöncəsi aldığı ciddi zədə (ön çarpaz bağ) səbəbindən verib. Xatırladaq ki, mayın sonunda “Real Sosyedad” ispaniyalı ilə müqavilənin müddətini bir mövsümlük uzatdığını açıqlamışdı.

Yarımmüdafiəçi hazırkı klubunda üç il (2020-ci ildən) çıxış edib. O, 2022/2023 mövsümündə “Real Sosyedad”ın heyətində bütün yarışlarda 32 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Karyerası boyunca Silva dörd dəfə Premyer Liqanın qalibi olub, həmçinin İngiltərədə bütün ölkə kuboklarını alıb. “Valensiya” və “Real Sosyedad”ın heyətində İspaniya kubokunu qazanıb. İspaniya millisində 125 oyun keçirib və 35 qol vurub. Silva İspaniya yığması ilə iki dəfə Avropa, bir dəfə isə dünya çempionu olub.