“Qızıl top”a namizədlərin yeni reytinqi
“Goal” portalı 2024-cü ildə “Qızıl top” mükafatını qazanmağa namizədlərin reytinqini yeniləyib.
Aut.az xəbər verir ki, “Real”ın vingeri Vinisius Junior liderliyini qoruyub.
İlk 4-lükdə Madrid klubunun daha 3 oyunçusu var. Bunlar Cud Bellinqem, Toni Kroos və yeni transfer Kilian Mbappedir.
İlk iyirmiliyə həmçinin Fil Foden (Mançester Siti), Harri Keyn (Bayern), Florian Virts (Bayer L), Rodri (Mançester Siti), Rodriqo (Real), Antonio Rudiger (Real), Erlinq Haaland (Mançester Siti), Bukayo Saka (Arsenal), Deklan Rays (Arsenal), Kevin De Bruyne (Mançester Siti), Lionel Messi (İnter Mayami), Bernardo Silva (Mançester Siti), Antuan Qrizmann (Atletiko), Mats Hummels ( Borussiya Dortmund), Məhəmməd Salah (Liverpul) və Lautaro Martines (İnter) kimi adlar daxildir.
