İspaniya

Mbappe bu qədər imza bonusu alacaq

“Real”ın yeni futbolçusu Kilian Mbappe imza bonusu olaraq 150 milyon avro alacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu məbləğ fransalı forvarda 5 il ərzində ödəniləcək. Mbappe eyni zamanda imic hüquqlarından faiz də alacaq.

Qeyd edək ki, “Real” ötən gün Mbappe ilə 5 illik müqavilə imzalandığını açıqlayb. 25 yaşlı futbolçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Madrid klubuna keçib.