Dünya futbolu

Ronaldo “Real”ın 2 əfsanəsi ilə danışdı: Ərəbistana gəlməyə razıdırlar?

“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo “Real”ın müdafiəçisi Naço Fernandez və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro ilə danışıb.

Aut.az xəbər verir ki, portuqaliyalı superulduz onları Səudiyyə Ərəbistanı klubuna keçməyə razı salıb. Bu barədə “Marca” məlumat yayıb.

Naçonun Madrid klubu ilə müqaviləsi ayın sonuna qədər qüvvədədir. Mətbuatda yayılan məlumata görə, “Yunayted” də Kazemirodan yaxa qurtarmaq istəyir.

Qeyd edək ki, sözügedən üçlük “Real”da komanda yoldaşı olub.