Dünya futbolu

Son rəqs: Messi ilə Ronaldo bu tarixdə üz-üzə gələcək

“İnter Mayami”nin futbolçusu Lionel Messi və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2024-cü ilin fevralında üz-üzə gələcək.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Əfsanəvi futbolçular yoldaşlıq turniri çərçivəsində Ər-Riyadda qarşılaşacaqlar.

Argentinalı və portuqaliyalı arasındakı matç “Son rəqs” adlanır.

Xatırladaq ki, Messi bu yay PSJ-dən Devid Bekhemin komandasına keçib. Leo bu mövsüm komandanın heyətində bütün turnirlərdə 14 oyun keçirib və 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ronaldo 2023-cü ilin qışında azad agent kimi “Əl-Nəsr”ə keçib.  Bu mövsüm portuqaliyalı bütün turnirlərdə 17 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az