Dünya futbolu

İlin ən yaxşı məşqçisi kim olacaq?

“Globe Soccer Awards” mükafatı üzrə cari ilin ən yaxşısı adına iddialı məşqçilər bəlli olub.

Aut.az xəbər verir ki, namizədlər siyahısında 15 məşqçinin adı yer alıb:

Pep Qvardiola, Mikel Arteta, Karlo Ançelotti, Roberto De Zerbi, Luis de la Fuente, Simon Inzagi, Lionel Skaloni , Stefano Pioli, Lusiano Spalletti, Tomas Tuxel, Xavi, Conatan Qiraldes, Marsel Koller, Alessandro Spuqna və Sarina Vayqman-Qlotsbax

Qeyd edək ki, 2022-ci il üçün “Globe Soccer Awards” mükafatına Karlo Ançelotti qalib olub. O, sözügedən nominasiyada ən çox qalib olan məşqçidir – 2 dəfə.

Aut.az