95 milyona alınan futbolçu ayrılmaq istəyir: Narazıdır
PSJ-nin fransız futbolçusu Randal Kolo Muani oyun müddətindən narazıdır.
Aut.az xəbər verir ki, o, buna görə qışda klubu tərk etmək istəyir.
Fransız forvard meydanda daha çox olmaq arzusundadır. Lakin komandanın baş məşqçisi Luis Enrike eyni fikirdə deyil.
Fransa nəşrləri futbolçunun Enrikenin tələblərinə uyğun olmadığını və rotasiya oyunçusu olmağa davam edəcəyini düşünür. Randal yaxın vaxtlarda vəziyyətin düzələcəyinə ümid edir. Lakin heç nə dəyişməsə, qışda PSJ-ni tərk etməyə hazırdır.
Komanda rəhbərliyi 50 milyon avro dəyərində olan futbolçunu hələ ki, satmağa hazır deyil.
Randal Kolo Muani 2023-cü ildə Almaniyanın “Ayntraxt Frankfurt” klubundan 95 milyona alınıb. Cari mövsümündə Liqa 1-də 7 oyun keçirib və 2 qol vurub.
Aut.az
