Mbappe “Real”ı necə təəccübləndirib?
“Real”ın futbolçuları və heyəti komandaya yeni qoşulan Kilian Mbappenin davranışlarından təəccüblənib.
Aut.az xəbər verir ki, onunla ilk görüşlər tərəflərdə xoş təəssürat yaradıb. Bu barədə AS nəşri məlumat yayıb.
Komanda üzvləri ünsiyyətin sadəliyi və axıcılığından məmnun qalıblar. Klub Mbappeni təvazökar hesab edir. Diqqətini işə cəmləməsi də nəzərdən yayınmayıb. Komanda Kilianın İspan və İngilis dillərində sərbəst danışmaq qabiliyyətini də müsbət qiymətləndirir.
İyulun 16-da Madriddəki “Santyaqo Bernabeu” stadionunda Kilian Mbappenin “Real”ın futbolçusu kimi rəsmi təqdimat mərasimi keçirilib.
Aut.az
