Neymar onlara qoşuldu, çempionluğu qeyd etdilər
Neymar İspaniya çempionu olan “Barselona”nın futbolçularının sevincinə şərik olub.
Aut.az xəbər verir ki, 2017-ci ilə qədər “Barsa”da çıxış edən və hazırda PSJ-ni təmsil edən Neymar Olimpiya Limanındakı “Capre Diem” gecə klubunda sabiq komanda yoldaşlarına qoşulub.
Bu barədə “Diario Sport” məlumat yayıb. Braziliyalının yaxşı münasibət saxladığı futbolçular arasında Mark-Andre ter Stegen, Serji Buskets, Serji Roberto, Jordi Albanın olduğu vurğulanır.
“Barselona” La Liqanın 34-cü turunda “Espanyol”a qalib gəlib (4:2) və vaxtından əvvəl 27-ci titulunu qazanıb.
Aut.az
