İspaniya

Klub sahibinin oğlu ispan nəhənginin prezidenti oldu

“Valensiya” klubunun yeni prezidenti bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniya klubu Kiat Limin yeni prezidenti təyin olunduğunu açıqlayıb. 2022-ci ildən direktorlar şurasında olan “Valensiya” sahibinin oğlu rəsmi olaraq martın 5-də vəzifəsinin icrasına başlayacaq. Bu vəzifəni əvvəllər kluba 2014-2017 və 2022-2025-ci illərdə rəhbərlik etmiş Layhun Çan tutub.

Cari La Liqa mövsümündə “Valensiya” 26 turda 24 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Aut.az