İspaniya

“Atletiko” “Barselona”nın futbolçusunu hədəfə aldı

“Atletiko” “Barselona”nın gənc yarımmüdafiəçisi Mark Kasadoya maraq göstərir.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 21 yaşlı ispaniyalı oyunçu “Barselona”dan ayrılmaq istəmir. O, əsas komandada uğur qazanmağı arzulayır. Lakin yarımmüdafiədəki ciddi rəqabət fonunda daim oynamaq şansı əldə etmək onun üçün asan olmayacaq.

2024/25 mövsümündə Kasado bütün turnirlərdə 36 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.

“Transfermarkt” futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Aut.az