İspaniya

Ona cəmisi 4 qol lazımdır ki…

“Atletiko” La Liqanın son turu çərçivəsində doğma meydanda “Malyorka”nı məğlub edib – 1:0.

Aut.az xəəbr verir ki, Madrid klubunun yeganə qolunu 63-cü dəqiqədə Antuan Qrizman vurub. Bu, fransız hücumçunun “hindularr”ın heyətində 170-ci qolu olub. Bunun sayəsində o, Adrian Eskuderonu (1945 – 1958) ötərək klubun bombardiri siyahısında ikinci yerə yüksəlib.

Birinci yerdə İspaniya millisinin keçmiş məşqçisi Luis Araqones (1964 – 1974) qərarlaşıb – 173 qol.

Qrizmann hazırkı mövsümdə La Liqada ən çox qol vuran oyunçulardan biridir. Onun 13 matçda 9 qolu var ki, bu da birinci pillədə qərarlaşan “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemdan iki top azdır.

La Liqanın 13 turundan sonra “Atletiko”nun 31 xalı var. Madridlilər üçüncü sırada qərarlaşıb.