Ayrılmaq istəyir: Başqa seçim etməyin vaxtıdır
“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni Van de Beek klubdan ayrılmağı istədiyini açıqlayıb.
Aut.az xəbər verir ki, o, daha tez-tez oynamaq istəyir və bu imkanı haradan əldə edəcəyinin onun üçün heç bir əhəmiyyəti yoxdur:
“Yenidən matçlarda oynamağa hazıram. İndi baş məşqçi fərqli seçim edir. Böyük heyətimiz var və qapını döyən tək mən deyiləm. Nə olacağını yanvarda görəcəyik. Tezliklə oynamağa başlamalıyam “Yunayted”də olmasa, başqa klubda. Düşünürəm ki, iddialı olmalıyam. Mən həmişə belə olmuşam. Burada yaxşı qazanıram, amma pul mənim motivasiyam deyil. Hər gün işimdən həzz almaq istəyirəm. İndi sahib olduğum heyrətamiz işi daha da qiymətləndirirəm. Başqa seçim etməyin vaxtıdır.
