“Liverpul”dan ayrılmaq qərarı verən Salah neçə milyon itirəcək?
“Liverpul”un hücumçusu Məhəmməd Salah 2027-ci ildə müqaviləsinin müddəti bitməmişdən əvvəl klubdan ayrılmaq qərarı verdiyinə görə 20 milyon funt sterlinq (23 milyon avro) məbləğində bonus almayacaq.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, 2025-ci ilin aprelində imzalanan yeni müqaviləyə misirli futbolçunun 2026/2027 mövsümünün sonuna qədər klubda qalacağı təqdirdə 23 milyon avro ödənməsi bəndi daxil edilib. Vurğulanır ki, yayda Salahın gedişi sayəsində “Liverpul” ümumilikdə 40,8 milyon funt sterlinq (46,9 milyon avro) qənaət edəcək.
Salah mövsümün sonunda, 24 mart çərşənbə axşamı günü “Liverpul”dan ayrılacağını açıqladı. Misirli hücumçu 2017-ci ildən bəri komandada oynayır. Bu müddət ərzində 33 yaşlı cinah oyunçusu bütün turnirlərdə 435 oyunda meydana çıxıb, 255 qol vurub və 122 məhsuldar ötürmə edib.
Aut.az
