İngiltərəİtaliya

Nəhayət: “Napoli” ilə “Çelsi” razılaşdı

“Napoli” “Çelsi” ilə 31 yaşlı hücumçu Romelu Lukakunu 30 milyon avro+15 milyon avro bonuslarla almaq üçün razılaşıb.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, belçikalı hücumçu “Napoli” ilə 3 illik müqavilə imzalayacaq.

Ötən mövsüm forvard icarə əsasında “Roma”da çıxış edib. O, bütün yarışlarda 47 matçda iştirak edib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Aut.az