İngiltərə

“Liverpul” “Bavariya”nın futbolçusunu hədəfə aldı

“Liverpul” “Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabri ilə maraqlanır.

Aut.az “Caught Offside”-a istinadən xəbər verir ki, İngiltərə klubu orta xətti gücləndirə biləcək səviyyədə futbolçu transfer etmək istəyir.

Məlumata görə, “Bavariya” 30 yaşlı oyunçunu komandada saxlamaq niyyətindədir, lakin yalnız o halda ki, Qnabri maaşının azaldılması şərti ilə yeni müqavilə imzalasın.

Serj Qnabrinin Münhen klubu ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Aut.az