Dünya futbolu

26 yaşında karyerasını başa vuracaq?

Belçika yığmasının sabiq müdafiəçisi Zinyо Vanhoysden cəmi 26 yaşında futbolçu karyerasını bitirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Nieuwsblad” məlumat yayıb.

Belə qərarın səbəbi futbolçunun son illərdə keçirdiyi ağır zədələr seriyasıdır. Məhz buna görə o, artıq cari ilin yayında karyerasını başa vurmağı düşünürdü. Bir neçə gün əvvəl Vanhoysden karyerasında üçüncü dəfə dizinin çarpaz bağlarını qoparıb və bu, müdafiəçi üçün son damla ola bilər.

Vanhoysden bir vaxtlar Belçikanın ən perspektivli müdafiəçilərindən biri sayılırdı. “İnter”in yetirməsi Belçikanın müxtəlif yaş qrupları üzrə gənclər yığmalarında 40 oyunda 9 qol vurub, 2020-ci ildə isə əsas millidə bir matça çıxıb. Cari ilin yayından o, İspaniya çempionatının üçüncü divizionunda çıxış edən “Marbelja” klubunda oynayır.

Aut.az