Agent də, futbolçu da razılaşdı, ərəblər də aldı
Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubu “Jirona”nın ispaniyalı vingeri İker Almenanı alacaq.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Pro Liqa klubu 20 yaşlı futbolçunun 5 milyon avroluq bəndini aktivləşdirib. Artıq agentlər və futbolçunun özü də transferə razılıq verib.
2024/25 mövsümündə İker Almena “Jirona”nın əsas komandasında 2 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Aut.az
