İspaniya

Onun keçidi rəsmiləşdi

“Real” heyətinə yeni oyunçu cəlb edib.

Aut.az xəbər verir ki, Madrid təmsilçisi “Espanyol”un futbolçusu Xoselunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Müqavilədə “Real”ın Xoselunu birdəfəlik transfer etmək hüququ ilə bağlı bənd də var.

Qeyd edək ki, Xoselu 2011-2012 mövsümündə “Real”da çıxış edib.