Ançelotti “Real”a geri dönür?
Karlo Ançelottinin oğlu Davide Ançelotti “Real”ın baş məşqçisi postunda Xabi Alonsonu əvəzləyə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin iddiasına görə, Davide Ançelottinin “Botafoqo”dan ayrılması Xabi Alonsonun Madrid klubundan mümkün gedişi ilə bağlı ola bilər. Bildirilir ki, Alonso “Real”da öz oyun üslubunu tam şəkildə tətbiq edə bilməyib.
Ançelotti-mövsümü 18 dekabr tarixində “Botafoqo”dan ayrılıb. İtaliyalı mütəxəssislə birlikdə komandanı fiziki hazırlıq üzrə məşqçi Luka Gerra, həmçinin köməkçilər Luis Tevenet və Endryu Manqan da tərk ediblər.
Qeyd etmək lazımdır ki, Karlo Ançelotti “Real”ı çalışdırıb. O, 2025-ci ildə klubdan ayrılıb və Braziliya millisinin “sükanı arxasına” keçib. Davide isə Madrid klubunda onun köməkçisi olub.
Aut.az
