Reşford üçün yeni müştəri var
PSJ Markus Reşfordun “Barselona”dakı karyerasını diqqətlə izləyir.
Aut.az xəbər verir ki, bu barədə “Football Insider” yazıb.
Fransa klubu 28 yaşlı ingilis futbolçunu hücumlarını gücləndirmək üçün bir seçim olaraq görür.
Bildirilir ki, “Barsa” Reşfordu transfer etmək üçün favorit olaraq qalır, lakin o, yayda kluba 35 milyon avroya başa gələcək.
Xatırladaq ki, Markus bu mövsüm 18 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Reşfordun müqavilə hüququ “Mançester Yunayted”ə məxsusdur.
Aut.az
