Bir yumruqla dişləri boğazına töküldü – VİDEO
Kikboksçu Ulrik Bokeme döyüş əsnasında ağır zədə alıb.
Aut.az xəbər verir ki, üzündən yumruq alan idmançı bütün ön dişlərini itirib. Hadisə Maykl Boapea ilə döyüşdüyü “GLORY Collision 5” turnirində baş verib.
Baş hakim nə baş verdiyini anlayanda dərhal döyüşü dayandırıb. Ulrik dişlərinin bəziləri boğazında qaldığı üçün döyüşü davam etdirə bilməyəcəyini deyib.
Hollandiyada keçirilən qarşılaşma onun üç il yarım ərzində ikinci döyüşü idi.
