Fiziev onu döyüşə çağırdı: Zəmanət verirəm ki…
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziev növbəti döyüş üçün arzuladığı rəqibin adını açıqlayıb.
Aut.az xəbər verir ki, Fiziev Den Hukerlə döyüşmək istədiyini bildirib.
“Əgər mən və cənab Tatu səkkizbucaqlıya düşsək, onda zəmanət verirəm ki, bu, ilin döyüşünə namizəd olacaq”, – Fiziev sosial şəbəkələrdə yazıb.
Huker daha əvvəl Mateus Qamrotu məğlub edib və UFC-də yüngül çəkidə ilk 5-liyə daxil olub.
Fiziev sonuncu döyüşündə 2023-cü ilin sentyabrında zədə səbəbindən elə Qamrota uduzub.
Aut.az
