Qaydasız döyüş

UFC-də inanılmaz nokaut – VİDEO

Çikaqoda keçirilən UFC-319 turnirində dramatik hadisə baş verib.

Aut.az xəbər verir ki, keçmiş “Bellator” döyüşçüsü Aaron Piko UFC-də debüt edib, lakin onun ilk döyüşü azarkeşlər üçün əsl şokla nəticələnib.

Artıq birinci raundda, britaniyalı Leron Mörfi fırlanaraq dirsək zərbəsi ilə dəqiq zərbə endirib. Piko zərbədən yerə yıxılıb və ardınca gələn yumruqvari zərbə isə sadəcə döyüşün başa çatması üçün formalıq olub.

28 yaşlı amerikalı bir neçə saniyə huşsuz vəziyyətdə qalıb. Tibbi heyət və təhlükəsizlik əməkdaşları dərhal onu səhnəarxasına aparıb, oradan isə xəstəxanaya yerləşdiriblər. UFC prezidenti Dana Uayt Pikonun xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Aut.az