Qaydasız döyüş

İranlı döyüşçüdən tərbiyəsizlik: Rinq qızına qarşı bu hərəkəti etdi – VİDEO

Hardcore MMA 90 qalasında dəhşətli hadisə yaşanıb.

Aut.az xəbər verir ki, gecənin əsas döyüşündə erməni Arkadi Osipyan ilə iranlı döyüşçü Əli Heybati üz-üzə gəlib. Döyüş başlamazdan əvvəl şok vəziyyət yaranıb. Heybati oktaqon ətrafında gəzən ring qızını təpiklə vuraraq raundun başlandığını bildirib.

Qadın döyüşçünün davranışından açıqca təəccüblənib və dərhal ona yaxınlaşıb. Nəticədə hakim işə qarışaraq iranlıya iradını bildirib.

Bir müddət sonra ilk qonq səslənib. Osipyan ilk raundun sonunda rəqibini texniki nokautla məğlub edib.

Döyüş bitdikdən sonra qalmaqallı səhnələr yaşanıb. Uduzan Heybati rəqibinə iki dəfə hücum etməyə cəhdi edib. Lakin müvəffəqiyyətlə dayandırılıb.

Bundan az sonra iranlı özünü azarkeşlərin hücumuna məruz qalıb. Sözügedən fanatlar yumruqları ilə onun üstünə atılıb və zalda olan stulları ona tərəf atıblar.

Toqquşmadan qısa müddət sonra Heybati sosial mediada hücuma məruz qalan rinq qızından üzr istədiyini yazıb. Lakin təşkilat qəti qərar verib və döyüşçünü üzvlükdən qovub.

Bundan başqa, federasiya iranlıya pul cəriməsi kəsib. Onun ödədiyi pul qadına veriləcək.

Aut.az