“Əvvəlcə onu, sonra qardaşını məhv edəcəyəm”
Qarışıq döyüş növləri üzrə döyüşçü Əli Heibati növbəti döyüşdəki rəqibi İvan Yemelyanenko haqda danışıb.
Aut.az xəbər verir ki, o, gələcəkdə İvanın qardaşı Aleksandrı da “məhv etmək” niyyətində olduğunu söyləyib:
“Əvvəlcə İvanı, sonra isə Saşanı məhv edəcəyəm! Mən onları yenidən tərbiyə edəcəyəm. Onlara böyük qardaşlarına hörmət etməyi öyrədəcəyəm”!
İvan və Əli martın 1-də “Ural FC 6” turniri çərçivəsində üz-üzə gələcəklər. Döyüş boks qaydalarına əsasən, lakin MMA əlcəkləri ilə baş tutacaq.
