İspaniya

Mbappe gəlir, amma “Real” o ideyadan imtina etməyəcək

“Real” rəhbərliyi klubun idman layihəsinin inkişafı üçün yol xəritəsi hazırlayıb ki, bunun da bəndlərindən biri hücumçular Kilian Mbappe və Erlinq Haalandın komandada eyni vaxtda olmasıdır.

Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “kral klubu”nun rəhbərləri mərkəz hücumçusu kimi çıxış edə biləcək Mbappe ilə müqavilə imzalamağa yaxın olsalar da, “Mançester Siti”nin hücumçusu Haalandı almaq fikrindən əl çəkməyiblər.

“Real”ın gələn il Haaland üçün təklif verə biləcəyi vurğulanır.

Aut.az