“Liverpul”da şok itki
“Liverpul”un əsas qapıçısı Alisson sıradan çıxıb.
Aut.az “Mirror”a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper bud nahiyəsindən zədələnib. O, Premyer Liqanın 25-ci turu çərçivəsində bu gün baş tutacaq “Brentford”la oyunu buraxmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, Alisson bu mövsüm bütün turnirlərdə “Liverpul”un heyətində 24 matçda 21 qol buraxıb.
