İngiltərə

O qədər qol vururlar ki…

İngiltərə Premyer Liqasının 21-ci turunda “Mançester Yunayted”lə heç-heçə edən (2:2) “Tottenhem” klub rekorda imza atıb.

Aut.az xəbər verir ki, “mahmızlar” çempionatda keçirdiyi son 33 matçın hər birində qol vurub. Londonlular sonuncu dəfə ötən il martın 4-də səfərdə “Vulverhempton”a uduzaraq (0:1) meydanı qolsuz tərk etmişdilər.

Əlavə edək ki, hal-hazırda Angelos Postecoglounun yetirmələri bu mövsüm Premyer Liqada 44 qol vurub. Bu göstəricidə onlar yalnız “Mançester Siti”dən geri qalırlar – (48).