“Real”ın düşərgəsində növbəti qalmaqal
Son günlərdə “Real”ın düşərgəsində vəziyyət heç də yaxşı deyil.
Aut.az xəbər verir ki, yenə də hadisələrin mərkəzində baş məşqçi Karlo Ançelotti yer alıb. Bu dəfə onun yarımmdüafiəçi Marko Asensio ilə münasibəti pozulub. Hətta aralarında mübahisə də olub. İspaniyalı yarımmüdafiəçi çalışdırıcının ona az şans verməsinə etiraz edib. İtalyan mütəxəssisin Markonu La Liqanın son turunda “Betis”lə (0:0) matçda da meydana buraxmaması vəziyyətin gərginləşməsi ilə nəticələnib.
2015-ci ildən “Real”da çıxış edən Marko klubdan ayrılmağı düşünür. 27 yaşlı yarımmüdafiəçi “Barselona”ya keçə bilər. Bu barədə “Diario Sport” məlumat yayıb.
Bu, “Real”ın düşərgəsində son günlərdə qeydə alınan növbəti gərginlikdir. Daha əvvəl Lukas Vaskes “Betis”lə oyunun gedişində əvəzləndiyi üçün Ançelottiyə sərt formada etiraz edib.
