Ronaldonun gəlişindən sonra “Almeriya”da nələr dəyişib? – Tebas detalları açıqladı
La Liqanın prezidenti Xavyer Tebas “Almeriya” klubunun səhmlərinin Kriştiano Ronaldo tərəfindən alınmasını təsdiqləyib.
Aut.az xəbər veror lo, 41 yaşlı portuqaliyalı ulduz futbolçu Sequnda təmsilçisinin səhmlərinin 25 faizini əldə etdikdən sonra klubun populyarlığı kəskin şəkildə artıb. “Almeriya” sosial şəbəkələrdə izləyici sayına görə İspaniyada beşinci klub mövqeyinə yüksəlib.
Jurnalist Fabritsio Romanonun yaydığı açıqlamada Tebas bildirib: “Almeriya Ronaldo layihəyə sərmayə qoyduqdan sonra sosial şəbəkələrdə izləyici sayına görə İspaniyada beşinci olub. Bu, sponsorların cəlb olunması və uzunmüddətli inkişaf baxımından çox vacibdir. Ronaldonun gəlişi ciddi ambisiyaların göstəricisidir”.
Hazırda “Almeriya” La Liqaya yüksəlmək uğrunda mübarizə aparır. Komanda ikinci divizionun turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Aut.az
